Türkiyənin Çanaqqala vilayətində iyun ayı üzrə son 92 ilin ən isti günü qeydə alınıb.
Yenisəs.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə qardaş ölkənin Meteorologiya Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, son 15 gün ərzində Çanaqqala və ətraf bölgələrdə havanın temperaturunda tədricə artım müşahidə edilib. İyunun 28-də isə temperatur rekord həddə çataraq 37,2 dərəcə təşkil edib. Anoloji hal 92 il əvvəl qeydə alınıb.