XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Rusya paytaxtında azərbaycanlı gülüş ustasına hücum edildi
KRİMİNAL 07:16 / 28.06.2021

Moskvanın mərkəzində azərbaycan əsilli Belarus gülüş ustası İdrak Mirzəlizadəyə hücum edilib.

Yenisəs.az  Publika.az-a  istinadla   xəbər verir ki, müvafiq görüntüləri o, sosial şəbəkədə paylaşıb.

"Stand-up Club № 1” layihəsinin prodüseri və bir neçə şou verilişinin aparıcısı kimi tanınan Mirzəlizadə son ay ərzində minlərlə təhdid dolu mesajlar aldığını və ona hücuma görə pul mükafatı təyin edildiyini bəyan edib.

Qeyd edək ki, gülüş ustasına hücumun səbəbi çıxışından kəsilərək "Instagram”da paylaşılan bir fraqment olub. Görüntülərdə komik "deyəsən ruslar nəcisi özlərinə sürtüb, sonra yatırlar”, - deyə bildirib. Məhz bu videonu Vladimir Solovyov öz verilişində nümayiş etdirərək, Mirzəlizadəni rusofob kimi təqdim edib. Hərçənd ki, Mirzəlizadə onun sözlərinin kontekstdən çıxarıldığını və bunun üçün də yalnış anlaşıldığını vurğulayıb.




1629 oxunub

InvestAZ