XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Erməni mafiyasının lideri və 12 üzvü həbs edildi
KRİMİNAL 09:12 / 26.06.2021

Fransanın yerli mətbuat orqanlarını yaydığı məlumata əsasən, ermənilərdən və gürcülərdən ibarət müxtəlif növ oğurluq üzrə ixtisaslaşmış beynəlxalq mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

Cinayətkar dəstə ilə bağlı təhqiqatın hələ 2019-cu ildə başladığı bildirilir. Polisin səhər saat 6-da apardığı əməliyyat nəticəsində təkcə Strasburqda yerləşmiş erməni mafiya klanının başçısı və 12 nəfər əl altısı saxlanılıb.

Polis saxlanılan şəxslərin evlərində apardığı axtarışlar zamanı 5 tapança, 4 maşın, bir mototsikl, 352 siqaret bloku, 66 şüşə spirtli içki, 103 böyük markadan olan ətir, 17 min avro, bəzək əşyaları, sərgi nümunələri aşkarlanıb.

Qeyd edək ki, cari ilin fevralında da Fransanın Şimalında saxlanılan mütəşəkkil cinayət qrupunun üzvləri arasında ermənilər olmuşdu.

2018-ci ildə İspaniya polisi narkotik maddələrin satışı üzrə ixtisaslaşmış fəal erməni mafiyasına qarşı əməliyyat aparmış və nəticədə əksəriyyəti erməni olan 142 nəfər saxlanılmışdı. Bildirilmişdi ki, bu qrup Avropada məskunlaşan ən böyük erməni mənşəli beynəlxalq təşkilatdır. Həmin təşkilatın üzvlərinin narkotika ticarəti, çirkli pulların yuyulması, silah ticarəti, tütün kontrabandası ilə məşğul olduqları aşkarlanmışdı.

Xatırladaq ki, bu ilin may ayının 26-da Fransanın Sənt -Etyen şəhərində ermənilər qambiyalı gənci amansızlıqla sakinlərin gözü qarşısında qətlə yetiriblər.(Azərtac)


1776 oxunub

InvestAZ