XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Sürücünü bir yumruqla öldürdü
KRİMİNAL 21:08 / 24.06.2021

Bakının Nərimanov rayonunun Molla Cümə küçəsində dəhşətli hadisə baş verib.

Yenisəs.az bildirir ki, hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, M.Cümə küçəsində, yeni tikilən ASAN Xidmət binasının önündəki yol ayrıcında iki sürücünün bir-birinə yol verməməsi gərginlik yaradıb. Bu zaman maşından düşən gənclərdən biri 50 yaşlarında olan digər sürücüyə yaxınlaşaraq, ona yumruqla zərbə endirib. Yumruğun təsirindən 50 yaşlı şəxs yerindəcə keçinib.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Qətlə səbəb olan gənc və dostları isə maşınlarını hadisə yerində ataraq, qaçıblar.


1989 oxunub

InvestAZ