XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Paşinyan maskalıları Xankəndinə göndərdi
KRİMİNAL 17:25 / 23.06.2021
Xankəndidə separatçı rejimin daxilində çaxnaşma davam edir.

Yenisəs.az  Publika.az-a  istinadla 
 xəbər verir ki, separatçıların başçısı Araik Arutyunyan onun istefasını tələb edən ermənilərə cavab mitinqi keçirdi və getməyəcəyini elan etdi.

Ermənistan mediası Nikol Paşinyanın 80-90 nəfərlik xüsusi qrupunu Arutyunyana dəstək məqsədilə Xankəndiyə göndərdiyini yazır.

Maskalı insanlardan ibarət olan bu qrup Paşinyanın mitinqləri zamanı əsas hərəkətverici qüvvə qismində çıxış edirlər. Məlumatlara görə, xüsusi qrup Xankəndidə Arutyunyanın mitinqlərini təşkil edəcək.
P.S Maraqlıdı bu  maskalılar  Laçın dəhlizini  necə  keçib  bizim əraziyə  gəliblər? Axı o yolu  sülhməramlılar  gecə - gündüz  qoruyur!!!!!!!!!


1888 oxunub

InvestAZ