XƏBƏR LENTİ
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Şahmar Mövsümov: “Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur”
MƏMLƏKƏT 13:29 / 15.06.2021

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.

Yenises.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, hazırda COVİD-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: "Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVİD-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: "Bununla bağlı da müzakirələr davam etdirilir”.


2650 oxunub

InvestAZ