XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Dəhşətli qəzanı törədən iş adamının sərxoş kürəkəni həbs edildi - YENİLƏNİB
KRİMİNAL 20:35 / 14.06.2021

Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb. 

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  açıqlamasında deyib ki, qəzanı törədən "Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobili Ələsgər Əliyevin idarə etməsi ilə məsələ ilkin məlumat olub:

"Faktla bağlı araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman sərxoş vəziyyətdə olub. Hazırda Elşad Kəlbalayev istintaqa cəlb edilərək həbs olunub”.

11:56

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama verilib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında deyib ki, hadisə iyunun 14-ü gecə saat 01:00 radələrində Novxanı bağlar ərazisində qeydə alınıb:

"Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi "Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobil toqquşub. 

Nəticədə "Daewoo Damas”ın sürücüsü M.Ziyadov və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

"Range Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda araşdırma aparılır”.

***

Novxanı-Sumqayıt yolunda "Range-Rover” qəza törədib.

Yenisəs.az APA-ya istinadən xəbər verir ki, "Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev "Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.


2153 oxunub

InvestAZ