XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Bakıda gənc qız tanışları tərəfindən döyüldü
KRİMİNAL 12:51 / 12.06.2021

Bakıda döyülmə hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Pirəliyeva Naibə Kamil qızı tanıdığı şəxslər tərəfindən döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra həkim tərəfindən gənc qıza sol bud, sol bazu və göz ətrafının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


1971 oxunub

InvestAZ