XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Ağdamda 3 300 hektar əkin sahəsi minalardan təmizlənib
MƏMLƏKƏT 18:00 / 09.06.2021

Ağdam rayonunun işğaldan azad edilən 3300 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə Yenisəs.az-a  Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, təmizlənmiş ərazilərin 2 190 hektarında buğda əkilib: "Hazırda rayon ərazisinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Əkin sahələri ilə yanaşı, digər ərazilərdə də təmizlənmə əməliyyatları keçirilir".

Məlumatda bildirilir ki, təmizlənmiş ərazilərdə əkilən buğda sahələrinin biçilməsinə hazırlıq işləri görülür: "Hələlik həmin ərazilərdə biçin başlamayıb. Yaxın vaxtlarda əkilən ərazilərdə biçinə start veriləcək".


619 oxunub

InvestAZ