XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Jurnalisti hədələyən polkovnik işdən çıxarıldı - RƏSMİ
KRİMİNAL 16:41 / 05.06.2021

Çəkiliş zamanı jurnalisti hədələyən Araz Musayev tutduğu vəzifədən azad edilib.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

Qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.


2988 oxunub

InvestAZ