XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Sabirabadda gecə qaçırılan maşın səhəri gün tapıldı
KRİMİNAL 16:38 / 05.06.2021

Sabirabadda daha əvvəl qaçırılan avtomobil tapılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in "102 Zəng Mərkəzi”nə müraciət edərək ona məxsus "Niva” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub. 

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.


2548 oxunub

InvestAZ