XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Ana və iki övladı yanaraq öldü -DƏHŞƏT
MƏMLƏKƏT 09:12 / 03.06.2021

Sabirabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə Zəngənə kəndində qeydə alınıb. Belə ki, kəndddə fərdi yaşayış evi alovlanmağa başlayıb. Hadisə zamanı evdə olan 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı və onun övladları, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu, 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Emin oğlu yanaraq ölüb.

Yanğın FHN-in Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Məlumata görə, hadisə baş verən zaman çiy kərpicdən tikilmiş fərdi yaşayış evi uçub, nəticədə ana və övladları altında qalıb. Yanğın zamanı hər üç şəxs yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


1161 oxunub

InvestAZ