XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Teleaparıcının ölüm səbəbi bilindi...
KRİMİNAL 10:37 / 02.06.2021

Tanınmış aparıcı Şamil Famillinin vəfatı ilə bağlı bəzi detallar ortaya çıxıb.

Yenisəs.az  qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, aparıcı dünyasını dəyişəndən iki gün sonra evində tapılıb. O, hamam otağından çıxarkən müvazinətini itirərək yıxılıb. Nəticədə başından ağır xəsarət alan aparıcı hadisə yerindəcə həyatını itirib.

Ş. Famillinin yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər.

Aparıcının nəşi tibbi ekspertizaya göndərilib.


2580 oxunub

InvestAZ