XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Şuşa ilə bağlı qanun layihəsi qəbul olundu
KRİMİNAL 11:58 / 31.05.2021

Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenisəs.az xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


3064 oxunub

InvestAZ