XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Şimali Koreyada pişik və göyərçinlərin məhvi barədə əmr verildi
DÜNYA 06:57 / 30.05.2021

Şimali Koreya rəhbərliyi ölkədəki koronavirusun yayılmasını dayandırmaq üçün Çinlə həmsərhəd bölgələrdə pişiklərin və göyərçinlərin məhv edilməsi barədə əmr verdi. 

Məmurların fikrincə heyvanlar qonşu dövlətdən ölkəyə virus gətirir.

Bu barədə "Daily NK” xəbər verir.

Məlumata görə, Xesan şəhərində ailələrdən biri ev pişiyindən imtina etmədikləri üçün 20 gün müddətinə təcridxanaya yerləşdirilib.

Ailə pişiyi təhvil verməmək üçün səlahiyyətlilərə onun öldüyünü bildirib. Lakin, bir neçə gün sonra heyvan KXDR və Çin arasındakı sərhəddəki hasarda görülüb. Onu tutmaq mümkün olmasa da, sahiblərini müəyyənləşdirmək mümkün olub. Nəticədə pişik götürülüb, ailə isə təcridxanaya salınıb.

Qeyd edək ki, KXDR ölkədə koronavirus infeksiyasının qeydə alınmadığını bəyan edib. Ölkə dəfələrlə xarici yardıma ehtiyac duymadıqlarını bildirib.


6608 oxunub

InvestAZ