XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Sevgilisini güllələyən polis zabiti xəstəxanada keçindi
KRİMİNAL 09:14 / 21.05.2021

Paytaxtda  qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

Yenisəs.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb./Report


2821 oxunub

InvestAZ