XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



İranda dəhşət: Ata-anası rejissoru öldürülüb parçalara böldü
KRİMİNAL 08:55 / 20.05.2021

İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı.

İHA xəbər verir ki, Horramdinin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb.

Onun cansız bədəni üç hissəyə bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb.

Hadisədən sonra saxlanılan ata Abdullah Horramdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.

"Yeməyinə yuxu dərmanı əlavə edərək təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyin içinə atdıq”, - deyə rejissorun atası ifadəsində bildirib.

Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb:

"Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Amma bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi”.

Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər:

"2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm”.


2637 oxunub

InvestAZ