XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



"Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq" - Prezident
Gündəm 18:46 / 12.05.2021

"Biz Şuşaya gedirik. Şuşada "Xarıbülbül” musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül” musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir".

Yenisəs .az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Və burada, təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!", Prezident qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedirlər


1529 oxunub

InvestAZ