XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Kazanda ölənlərin sayı daha da artdı
KRİMİNAL 09:16 / 12.05.2021

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

Yenisəs.az Publika.az -a  istinadla  xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird vəfat edib.

Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir. Həmçinin 2   müəllim  də  aldıqları güllə yarasından ölüb.

Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə, insidenti 2 nəfər törədib. Onlardan birinin saxlanıldığı bildirilir.


2945 oxunub

InvestAZ