XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Kazandakı atışmada ölənlərin sayı 13-ə çatdı - VİDEO+ YENİLƏNİB
KRİMİNAL 12:54 / 11.05.2021

Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***
Rusiyada orta məktəbdə silahlı insident baş verib.

Kazan məktəblərindən birində atışma nəticəsində bir müəllim və səkkiz şagird ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, səhər saatlarında naməlum şəxslərin 175 nömrəli məktəbin yaxınlığında atəş açmaları barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, atəş açan bir nəfər gəncdir və o, nəzarətə götürülüb. Artıq şagirdlərin məktəbdən evakuasiya edildiyi bildirilir.
 


7394 oxunub

InvestAZ