XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Bölgələrə yağış, dolu yağır - Faktiki hava
MƏMLƏKƏT 07:43 / 10.05.2021

DÜnən  axşam  saat 22:00-a olan məlumata əsasən, Şahbuz, Naxçıvan, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Tərtər, Bərdə, Kişçay (Şəki), Yevlaxda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə   Yenisəs.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qərb küləyi əsib, Naftalanda arabir 34, Tərtərdə 33, Ağdam, Balakəndə 30, Tovuz, Gəncədə 28, Mingəçevirdə 25, Ceyrançöldə 24, Zaqatalada 20, Yevlaxda 19, Gəncə, Şəmkirdə 18, Bərdə, Xaçmazda 16 Bakıda 20, Ələt, Maştağada 18, Binədə 17 m/s-dək güclənib.

Naxçıvanda saat 17:10-da 5 dəqiqə müddətində diametri 6 mm , Ağstafada 15:20-15:25 radələrində zəif dolu, Qazaxda 15:40-15:45 radələrində diametri 0,8 mm olan dolu yağıb.


1581 oxunub

InvestAZ