XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
MƏDƏNİYYƏT 20:20 / 07.05.2021

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Mahmudov Abduləhəd Əlisa oğlu

Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

Nurzadə Əli Qayıb oğlu

Seyidov Uran Seyid Musa oğlu

Şarovskaya Natalya Yuryevna.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


1430 oxunub

InvestAZ