XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Ağdaşda dəzgah fəhlənin qolunu qopardı
KRİMİNAL 12:35 / 07.05.2021

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.


2600 oxunub

InvestAZ