XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



GÖRDÜM - Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 21:12 / 06.05.2021
Səndə çəmən, məndə örən
Kimdi məni məndə görən?!
Görəcəmmi mən də görən -
Görmək istədiyim günü?..
Boyu artımlıdı dərdin
Budağına anlar sərdin...
Bəlkə də bilmədən dərdin -
Ümid bəslədiyimm günü...
Mən buluddan aslı səsdim
Kəndirləri mehlə kəsdim...
Lildə iynə kimi gəzdim -
Geri səslədiyim günü...
...Canımda son təpər kimi
Tapdalanmış çəpər kimi...
Gözümlə bir təhər kimi -
Cördüm ... xərclədiyim günü...

2639 oxunub

InvestAZ