XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



Dünən Ağstafada iki dəfə zəlzələ oldu
MƏMLƏKƏT 09:07 / 04.05.2021

Ağstafada gün ərzində növbəti zəlzələ olub.

Bu barədə   Yenisəs.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, Ağstafada son saatlarda qeydə alınan ikinci təbii hadisədir. Saat 1:21-də də Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib.


600 oxunub

InvestAZ