XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



Əbülfət MƏDƏTOĞLU :- GECƏYƏ (Saralan dəftərdən)
YAZARLAR 18:07 / 03.05.2021


Yenə ürəyimi qəm çəkir dara,
Üzüm gündoğana, yolum gecəyə...
Üstümə çəkilən boyalar qara -
Sağım mənə gülür, solum gecəyə...
Alqış dilimdədi, dua qəlbimdə
Min illik sevgiyə yuva qəlbimdə!..
Gözləri görəni duya qəlbi də -
Əlim sübhə açıq, qolum gecəyə!..
Tanıdım, vuruldum, gördüm sirr səni
Seçdim qiblə səni, bildim pir səni!
Yuxuma gətirir hərdən bir səni -
Bu xətrə qoy qurban olum, gecəyə!

758 oxunub

InvestAZ