XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Tacikistanla toqquşmada ölən qırğızların sayı 31 nəfərə çatıb
KRİMİNAL 22:00 / 30.04.2021

Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb, 154 nəfər yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Eliza Soltonbekov mətbuat konfransında bildirib.

"Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada yaralıların sayı 154 nəfərə çatıb, 31 nəfər ölüb”, - o deyib.

Nazir müavininin sözlərinə görə, zərərçəkənlərin 121 nəfəri mülki şəxslərdir.

29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələri sakinləri arasındakı qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Toqquşma altı saatdan çox davam edib. Tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlsələr də, bu gün atışmanın olması barədə məlumatlar yayılıb.


2780 oxunub

InvestAZ