XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Saxlanılan şöbə müdiri ilə bağlı BSU-dan AÇIQLAMA
KRİMİNAL 20:39 / 29.04.2021

Bakı Slavyan Universiteti (BSU) barəsində cinayət işi açılan şöbə müdiri haqda məlumat yayıb.

Universitetin mətbuat xidmətindən   Yenisəs.az-a bildirilib ki, 29 aprel 2021-ci il tarixdə bir sıra internet media resurslarında "140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı" sərlövhəli yazı dərc edilib:

"Həmin yazı ilə əlaqədar olaraq bildiririk ki, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib. Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur".


2981 oxunub

InvestAZ