XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



İcra hakimiyyətinin binası qarşısında intihara cəhd edildi - RƏSMİ
KRİMİNAL 15:01 / 26.04.2021

Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən   Yenisəs.az-a verilən məlumata görə, Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirib.

Araşdırmalar aparılır.


3132 oxunub

InvestAZ