Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovaya qarşı sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi başlanılıb. 

Yenisəs.az bildirir  ki, bunu Unikal.org-a DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib:

"Fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, ATV-nin efirindəki çıxışına görə MTRŞ-nın qərarı ilə Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinin 1 günlük yayımı dayandırılıb, telekanal isə cərimələnib.