XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



VAXTIDI : - Əbülfət MƏDƏTOĞLU (Ruhu Allaha duasından daha yaxın olanlara)
YAZARLAR 11:02 / 17.04.2021

Ağzı oruclu adamın ,
Duası çatan vaxtıdı...
Kölgə də düşməz üstünə -
İndi gün batan vaxtıdı...
Mələklər iftar anında
Hqqıdı sevgi - qanında!
Sevinc gəzdirir canında -
Çünki qəm satan vaxtıdı...
Tanrının bəxt ələyinin
Payı bəlli mələyinin...
Bir məsumun diləyinin -
Qoynunda yatan vaxtıdı...
Ruhunun şehi üstündə,
Saçının mehi üstündə...
Ürəkdi , behi üstündə -
ONA , can atan vaxtıdı...



1534 oxunub

InvestAZ