XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



Əbülfət MƏDƏTOĞLU: - BİR UDUM SEVGİ... (Yaddaşımdakı yazılardan...)
YAZARLAR 15:22 / 15.04.2021

Dilinin ucundakı
Sözü ək ürəyimə...
Onu işıq xətti tək -
Özün çək , ürəyimə...
Gözümdə dan sökülsün,
Sökülsün, qan tökülsün...
"Can!"-denən, can bükülsün -
Ümid tək ürəyimə!..
Səsin günəş şüası,
Sən Tanrımsan, mən asi...
Səpilsin yar duası -
Qoy lək, lək ürəyimə!..
Baxışda da var ətir,
Ruhu səcdəyə gətir!
Vərəqlə sətir, sətir -
Etmə şəkk , ürəyimə!



1299 oxunub

InvestAZ