XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Dünyanın ən bahalı balı bu ölkədə istehsal edilir - Kiloqramı ON MİN AVRO
Maraqli 09:04 / 13.04.2021

.Türkiyədə məskunlaşma yerlərindən və digər arı koloniyalarından uzaqda, dəniz səviyyəsindən 2 min 500 metr hündürlükdəki mağarada istehsal edilən kantaron balının kiloqramı 10 min avroya satılaraq dünyanın ən bahalı balı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Yenisəs.az   bildirir  ki, Publika.az Türkiyəmətbuatına istinadla verdiyi  xəbər   görə, Türkiyədə Aralıq dənizi və Egey bölgələrinin hündür bölgələrində yetişən böyüyən kantaron (adi dazı otu) dünyanın ən bahalı balının mənbəyidir.

Digər arıçılıq təcrübələrində bal ildə 2-3 dəfə, kantaron balı isə yalnız bir dəfə istehsal olunur.

Ənənəvi baldan çox fərqli, tünd rəng və acı dadı olan bu balın tərkibində maqnezium, kalium, fenol, flavonoidlər və antioksidanlar baxımından yüksək tibbi xüsusiyyətləri var.

Balın tərkibinin keyfiyyətini və dəyərini təsdiqləmək üçün Türkiyə Elmi Komitəyə göndərilən nümunələri ilə yalnız ən keyfiyyətli məhsullar yığılır.


3586 oxunub

InvestAZ