XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



Əbülfət MƏDƏTOĞLU : - MƏNİ ... (Saralan dəftərdən)
YAZARLAR 15:11 / 12.04.2021


Səhər də, axşam da köhnə biçimdə
Mən vaxt öldürürəm, vaxt da ki, məni...
Təzə heç nə yoxdu köhnə içimdə -
Oxşamır o köhnə vaxtda ki , məni!
Ayıra bilmədən dizini yerdən ,
Gözlərim dənləyir izini yerdən.
Qaldıra bilsəydim gözümü yerdən -
Gəzərdim , o gənclik baxdakı məni...
Ruhum çoxdan verib yaxasın ələ,
Dolaşıb baxışım öpdüyü telə ...
Söz- sözü çəkəndə, ya elə- belə
Xatırla, yıxdığın taxtakı. məni...
Sevinc arzuladım . kədər təxmini
Yanlışa çevirdin hədər, fəhmimi!..
Zaman fırlatdıqca qədər çərximi -
Axıd göz yaşında "ax"-dakı məni!

1219 oxunub

InvestAZ