XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022



Qazaxda təhlükəli tapıntı - FOTO
Maraqli 16:59 / 17.01.2020

Qazaxda 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

2020-ci il 16 Yanvar tarixində saat 16:55-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 16 yanvar 2020-ci il tarixlərində 12 siqnal (əməliyyat çağırışı) əsasında 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilmiş, 37 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 3 170 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılmışdır.


11504 oxunub

InvestAZ