XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Bakıda cinayətkar dəstə tutuldu
KRİMİNAL 14:26 / 31.03.2021

Bakıda oğuru  dəstəsi yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı ŞBPİ və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Osmanovun 50 manat pulunu, 1150 manat dəyərində qol saatı və qızıl-zinət əşyalarını və bir evdən 150 manat, 2000 ABŞ dolları, 10.950 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılmışlar.

N.Ələsgərovun və O.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şərur rayon sakini F.Əliyevlə birgə daha bir evdən 500 manat pul və 20.700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Davam etdirilən tədbirlərlə F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.


3441 oxunub

InvestAZ