XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Maraqli 10:54 / 17.01.2020

Dünyanın ən bahalı şəhərləri siyahısında Bakı 390-cı yerdədir.

Bu barədə yaşayış qiymətinin indeksi ilə bağlı yanvar hesabatını dərc edən "Numbeo” bazasının saytında deyilir.

Məlumata görə, Sürix, Bazel və Lozanna dünyanın ən bahalı şəhərləridir. Reytinqdə dördüncü və beşinci yeri də İsveçrə şəhərləri - Cenevrə və Bern tutub. İlk onluqda sonrakı yerlərdəStavanqer, Oslo, Tronxeym (Norveç), Reykyavik (İslandiya) və Berqen (Norveç) qərarlaşıb.

Ümumilikdə reytinqə 440 şəhər daxil edilib. Yaşayış dəyəri mağazalarda və restoranlarda qiymətlər, nəqliyyat və kommunal xərclər, habelə əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanıb. Kirayə tutmaq və ya ev almaq xərcləri ayrıca qeyd edilib.



11950 oxunub

InvestAZ