XƏBƏR LENTİ
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Süveyşin bağlanmasından qazanan yeganə ölkə...
İqtisadiyyat 09:15 / 28.03.2021

Əgər Süveyş kanalı 2 həftə bağlı qalsa, təxminən 2 milyon kub metr mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya nəqli yubana bilər.

Yenisəs.az  Axar.az-a istinadla  xəbər verir ki, bunu "Rystad Energy” konsaltinq şirkətinin vitse-prezidenti Karlos Torres Diaz deyib.

O bildirib ki, bu böhrandan qazanc əldə edən ölkə Rusiya ola bilər:

"Xatırlatmaq istəyirəm ki, hazırda Rusiyanın boru kəməri ilə Avropaya qaz tədarükü maksimum tutumdan aşağıdır. Rusiya qaz təchizatını artırmaqla mənfəət əldə edə bilər. Mövcud vəziyyətdən kimin daha çox fayda götürəcəyinə baxsaq, problemin həll olunmasını görmək üçün tələsməyən ölkənin Rusiya olduğunu deyə bilərik. Normalda Avropanın ikinci ən böyük qaz tədarükçüsü olan Norveç də bundan faydalana bilərdi. Lakin bu ölkənin boru kəməri sistemi hazırda demək olar ki, maksimum gücü ilə işləyir”.

Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.


3346 oxunub

InvestAZ