Ukrayna Baş Qərargah rəisi Ruslan Xomçak təcili olaraq təyyarə ilə Donbasa uçub.
Yenisəs.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb.
O bildirib ki, R.Xomçak Donbasda – Şumı qəsəbəsində 4 ukraynalı hərbçinin ölüm faktını araşdıracaq.
Qeyd edək ki, bundan öncə Şumı qəsəbəsində baş verən silahlı atışma nəticəsində 4 ukraynalı hərbçinin öldüyü, 2-nin isə yaralandığı bildirilmişdi.