XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Sülhməramlıların 10 noyabr razılaşmasına hörmətsizliyi
KRİMİNAL 21:55 / 26.03.2021

Qarabağdakı separatçı rejim tör-töküntülərinin "fövqəladə hallar xidməti”nin direktoru "polkovnik" Mehak Arzumanyan bu gün – martın 26-da Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Qarabağdakı humanitar briqadasının rəhbəri general-mayor Vladislav Qadeyevi "qəbul edib".

Yenisəs.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

"İki "tərəfdaş" qurum arasındakı əməkdaşlıq çərçivəsində 3 işçi qrupu yaradılması qərara alınıb. Sabahdan, yəni martın 27-dən etibarən erməni-rus "tərəfdaşlar"ından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.

"Dqr"in "daxili təhlükəsizliyi" səbəbindən rus və erməni əməkdaşlardan ibarət əməliyyat və xilasetmə qrupu "dövlət fövqəladə hallar xidməti"nin Lisaqor (Şuşa rayonunun Turşsu) bazasında birgə növbətçilk xidməti aparacaq”, - məlumatda belə deyilir.

P.S. Düzdür, Rusiya FHN-nin Qarabağda mina və digər partlayıcıların təmizlənməsi, evlərin təmiri və s. istiqamətində gördüyü işlər Azərbaycan hökumətinin gələcək işlərini xeyli yüngülləşdirir. Amma söhbət ondan gedir ki, Rusiya hökuməti həmin işləri hansı hüquqi əsasla, Azərbaycan dövləti ilə 10 noyabr bəyanatında nəzərdə tutulmayan hansı razılaşma əsasında, özü də separatçı erməni rejimi bir rəsmi tərəf kimi tanıyaraq həyata keçirir...

  • Facebook 
  •  
  •  
  •  

6031 oxunub

InvestAZ