XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Göygöldə itkin düşən şəxsin meyiti tapıldı - FOTO
KRİMİNAL 21:46 / 26.03.2021

Göygöl rayonunda körpünün altında meyit tapılıb.

Yenisəs.az bildirir  ki, Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən şəxsiyyəti dəqiqləşdirilən cəsədin rayonun Quşqara kəndində köpünün altında tapıldığı bildirilib. Əraziyə rayon prokurorluğu və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Göygöldə meyiti tapılanın şəxsiyyəti məlum olub. İlkin məlumata görə meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb. Meyit deformasiyaya uğradığından ölüm səbəbi hələ ki, məlum deyil.


5708 oxunub

InvestAZ