XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Traktorla yük avtomobili toqquşdu
KRİMİNAL 21:38 / 25.03.2021

Biləsuvar rayonunda yol qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi "Mercedes Ateko" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


5881 oxunub

InvestAZ