XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı
KRİMİNAL 19:28 / 25.03.2021

Martın 24-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü "isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.(teleqraf.com)


5888 oxunub

InvestAZ