XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Ərəblər nadir quş növlərini ovlayıb, kabab çəkdilər - Video
KRİMİNAL 19:03 / 25.03.2021

Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

Onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.

Yenisəs.az  Bakıpost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə videolar yayılıb.

Məlumata görə, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir. Ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır. Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.

Nazirlikdən ictimaiyyətə tez bir zamanda açıqlama veriləcəyi bildirilib.



5752 oxunub

InvestAZ