XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Bakıda doqquzmərtəbəli binada yanğın olub
KRİMİNAL 18:17 / 25.03.2021

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 kvadrat metr olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 kvadrat metr sahədə və 1 ədəd televizor yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yüksək temperaturun təsirindən lambirindən ibarət tavan 12 kvadrat metr sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


5578 oxunub

InvestAZ