XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Tanınmış idmançının qətlə yetirilməsi anı – VİDEO
KRİMİNAL 18:23 / 24.03.2021

Ötən gün Rusiyanın Mozdok şəhərində tanınmış idmançı, FCF-MMA versiyası üzrə ikiqat çempion Alan Hadziyev öldürülüb.

"Mash” "Telegram” kanalı baş vermiş qanlı olayın videosunu yayımlayıb.

Görüntülərdə əlində bıçaq olan şəxsin Alan Hadziyevə zərbələr endirdiyi əks olunub.

Hadisə vaxtı orada olan qaydasız döyüşçünün qardaşı qatilə hücum edərək ona ağır xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Dava iştirak edənlərdən daha bir nəfər – 29 yaşlı gənc isə ağır yaralanıb.

Hazırda hüquq mühafizə orqanları insidentin təfərrüatlarını araşdırır.



5740 oxunub

InvestAZ