XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Generalın qətlində Nəcməddin Sadıkovun birbaşa iştirakı var...
KRİMİNAL 18:05 / 24.03.2021

"2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək” baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.

Avropa.info xəbər verir ki, belə sensasion bəyanatla MTN-in keçmiş zabiti, polotoloq Ərastun Oruclu çıxış edib.

"Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanıb bunların boş söhbətlər olduğunu deyir. Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə…

Yadımdadır, 2017-ci ildə bu haqda bloq yazımı dərc edəndə diqqəti ondan yayındırmaq üçün mətbuata təcili göndərilmiş bir "sensasion” yazı atdılar. Sonra da unutdular əlbəttə…

Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə modernləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi. Əvəzində isə 2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması” bəhanəsi ilə. Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu. Əks halda 2020-ci il savaşında nə "Bayrakdar"lar, nə haroplar, nə baraklar, nə də loralar olmayacaqdı. Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər. Bunun nəticəsinin nə ola biləcəyini isə deməyə yəqin ki, xüsusi ehtiyac yoxdur.

Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub", deyə politoloq qeyd edib.


5886 oxunub

InvestAZ