Bakıda bıçaqlanma hadisəsi baş verib.
Yenisəs.az Report-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Qəhrəman Əhliman oğlu Allahverdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.