XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



"MilliÖN" aparatı yarıldı
KRİMİNAL 08:58 / 24.03.2021

Lənkəranda "Milliön" ödəmə terminalından oğurluq olub.

Hadisə Lənkəran rayonunun Hirkan qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fəaliyyət göstərən "Həsən market"ə arxa hissədən daxil olan naməlum şəxs və ya şəxslər mağazadan oğurluq ediblər. Oğrular eyni zamanda ödəmə terminalının kassa hissəsini də sökərək 2 000 manatı oğurlayıblar. Bundan başqa, ödəmə terminalına 300 manat məbləğində zərər vurulub.

Faktla bağlı araşdırma aparılır.


6348 oxunub

InvestAZ