XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Kürdəmirdə ağır qəza
KRİMİNAL 19:31 / 23.03.2021

Bakı-Qazax magistral yolunun Kürdəmirdən keçən hissəsində ağır ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisəs.az  Publika.az-a istinadən  xəbər verir ki, magistralın Sığırlı kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Səbuhi Mehman oğlu idarə etdiyi "VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağındakı su kanalına aşıb.

Hadisə zamanı sürücünün anası, 1965-ci il təvəllüdlü Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb.

Digər sərnişinlər - Ağsu rayon sakinləri Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, Qasımov Pünhan Mənsur oğlu və Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


6027 oxunub

InvestAZ